access_time Dərc olunub: 16:36
Rusiya Azərbaycan FHN-çilərinə medal verdi

Fövqəladə Hallar Nazirliyində nazirliyin bir qrup əməkdaşına Rusiya Fövqəladə Hallar Nazirliyinin döş nişanı və medallarının təqdim olunması mərasimi keçirilib.


FHN-in mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, mülki müdafiə sahəsində birgə əməkdaşlıq, ərazilərin və əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsindəki xidmətlərinə görə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə Azərbaycan FHN-in əməkdaşları – Ziya Hacılı, Sabir Əhmədov, Həcər Talıbova və Sabir Hüseynov Rusiya FHN-in “Xilasetmə naminə əməkdaşlıq” medalı, Fərid Abbasov isə “Xidmətlərə görə” döş nişanı ilə təltif olunub.

Mükafatları təqdim edən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib ki, iki ölkənin fövqəladə hallar nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur və təltif olunan əməkdaşlar da bu əlaqələrin möhkəmlənməsinə öz töhfələrini veriblər.

Azərbaycan fövqəladə nallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə FHN əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyi üçün Rusiyanın fövqəladə hallar naziri V. Puçkova təşəkkürünü bildirib, iki dost ölkənin nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib

Şərhlər