access_time Dərc olunub: 12:21
Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində “115” rəqəminin “116” rəqəmi ilə əvəz edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 


TİA.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 21 aprel qərarında qeyd olunur ki, sənəd “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən qəbul edilib. Ancaq 1 manat maaş artımının baş verməsi müzakirə iştirakçıları arasında marağa səbəb olub. 

Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına edilən 5 nömrəli əlavəyə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları sxeminə əlavələr edilib. Həmin sxemdə qeyd olunur ki, Atatürk mərkəzinin xidməti otaqları yığışdıran işçisinin maaşı 115 manat olub.  Belə ki, 2010- cu ildə edilən dəyişiklikdə xidməti otaqları yığışdıran şəxs 95 manat maaş alırdısa, 2013-cü ildə bu rəqəm artaraq 115 manat təşkil edib. Eləcə də digər işçilərin maaşlarına artımlar edilib.


“Qafqazinfo” müzakirələrə səbəb olan 1 manat artım məsələsi ilə bağlı Atatürk Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə mətbuatdan  tanış olublar. Ancaq qərar onlara hələ təqdim edilməyib. Ona görə də 1 manat  məsələsi onlara da qaranlıq qalıb. 10 gün müddətində rəsmi qərar Mərkəzin mühasibatlıq bölməsinə daxil olacaq və ondan  sonra məsələ aydınlaşacaq.  Mərkəzdən onu da bildiriblər ki, ilk dəfədir belə bir qərarla tanış olurlar. İndiyə kimi maaşlarda 1 manat artım söhbəti olmayıb, maaş artımı bütün işçilərə şamil olunub.  

Mərkəzdən maaş artımı ilə bağlı konkret cavab verilməsə də, ehtimal etmək olar ki, sözügedən 1 manatlıq artım məhz Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlıdır. Belə ki, ölkədə  minimum maaş 116 manat nəzərdə tutulub. 





Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort