access_time Dərc olunub: 16:38
AZƏRBAYCANDA KİŞİ MÜƏLLİMLƏRİN SAYI NİYƏ AZDIR?

Bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir.


Müqayisənin belə çox olması hamıya aydındı. Azərbaycanda müəllimlərin məvacində zaman-zaman artımlar olsa da, yenə də bu sahədə çatışmazlıq öz həllini tapmır. Ölkəmizdə müəllim 1 stafka üçün 180 manat, yalnız pedaqoji stajı 18 ildən çox olan müəllim isə 450AZN  məvacib alır. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur.


Təhsil üzrə ekspert Kamran Əsədov TİA.AZ-a bildirdi ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir: “Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı”.

Müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir


Ekspert qeyd edir ki,  sovet hakimiyyəti  dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi: “Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti  sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa  dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin.

 

Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiz,  müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik.

Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.

Qeyd edək ki, 2017-cı il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırıldı.


Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutuldu.

Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olundu. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 %-ni əhatə etdi.

2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə isə bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Dünya ölkələrində müəllimlərin maaşları göz qamaşdırır

 

ABŞ-da Azərbaycandakı  kimi müəllimlik xanım peşəsi olaraq dəyərləndirilir. Lakin bizdən fərqli olaraq, onlar ortalama 3000 dollar maaş alırlar. Almaniyada müəllimlər stajına görə, 2-3 min dollar, Avstraliyada 1-ci dərəcəli bir müəllim ortalama 2500 dollar, Fransada təcrübəçi bir müəllim 1100 dollar, 30 illik təcrübəsi olan bir müəllim isə 2500 dollar, İngiltərədə peşəkar müəllimlər 5000 dollar,Yaponiyada yeni işə başlayan orta məktəb müəlliminin maaşı 2000 dollar, İrlandiyada və Koreyada 60-70 min dollardır.  Koreyada yeni işə başlayan və heç bir təcrübəsi olmayan müəllim ildə 22 min dollar məvacib qazanır. Çində isə müəllimələrin maaşları bank məmurlarınki ilə eyni miqdardadır.


Bu rəqəmlərdən görürük ki, Azərbaycan müəllimi Koreya, Amerika, Finlandiya müəllimindən 10 dəfə az maaş alır.


İlahə

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort