access_time Dərc olunub: 10:47
BU GÜN SU ÇƏRŞƏNBƏSİDİR


Bu gün Boz ayın ilk çərşənbəsi – Su çərşənbəsidir. Su həyatdır. Paklığın, təmizliyin rəmzidir. 


Susuz həyat düşünmək qeyri-mümkündür. Su varsa, həyat var, suyun olduğu yerdə canlılıq var. Bəlkə də buna görədir ki, minilliklər boyunca dünyanın müxtəlif yerlərində yaşamış, böyük köçlər etmiş Türklər hər zaman suyu müqəddəs saymış, suyun paklığını, təmizliyini, həyatın qaynağı olduğunu bildirmişlər.


AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, folklorşünas Aynur Qəzənfərqızı su çərşənbəsinin qaynaqlarını TİA.AZ üçün araşdırdı. Bildirdi ki, yaxın keçmişə qədər bu çərşənbənin adı bəzi bölgələrimizdə “Yalançı” çərşənbə olaraq bilinirdi: “Son zamanlar bir çox tədqiqatçılarımız çərşənbələrin adlarının dörd ünsürlərlə bağlanmasında Zərdüştlüyün izinin olduğunu, bunun Türklükdən, Türk mifologiyasından uzaqlaşdırmaq siyasəti olduğunu vurğulayırlar. Çərşənbələrin ünsürlərlə deyil, Yalançı, Muştuluqçu, Xəbərçi, İlaxır olaraq çağırılmalı olduğunu deyirlər. Ancaq bu tədqiqatçılarımız Suyun qədim türk inancında müqəddəs sayıldığını nəyə görəsə diqqətə almırlar”. 


Tarixə səfər


Folklorşünas qədim türk mifologiyasında Yer –su inancının olduğunu, bu haqda türklərin yazılı salnaməsi olan Orxon kitabələrində “Yarsub” olaraq qeyd edildiyini vurğuladı: ”Qədim inanca görə Yer-su ruhları Torpaq Ana Ötükənə bağlı təbiət ruhlarıdır. Bəzən bir ağacın, qayanın, dağın, gölün, çayın ya da hətta bütün bir ölkənin ruhu ola bilər. Yer Sulara hörmət etmək lazımdır. Köç dastanlarında qədim türklər 40 nəsildən bu yana müqəddəs saydıqları bir qayanı yarıb Çinlilərə hədiyyə verirlər. Bundan sonra göyün üzü qəribə bir rəngə bürünür, quşların və təbiətdəki heyvanların səsi kəsilir. Beləliklə, Yer suları onlara hörmətsizlik edən insanları cəzalandırırlar. Qədim inanca görə təbiətə sayğı duyulmazsa, insanın bərəkəti qaçar. Qədim türk inancında Yer sularının unudulmuş ataların ruhları olduğu düşünülür”.


Zərdüştlükdə su anlamı


A.Qəzənfərqızının sözlərinə görə, Zərdüştlükdə də dörd ünsür, o cümlədən su müqəddəs sayılır: “Bizim tədqiqatçılarımız uzun illər məhz Zərdüştlüyü araşdırdıqlarından, görünür, sadəcə bu inanc sistemində suyun müqəddəsliyinin olduğunu görmüşlər. Bizə daha yaxın olan, az qala bu gün belə həyatımızın hər sahəsində izinin var olduğu Tenqriçilik inanc sistemində su haqqında düşüncələri nəzərdən qaçırıblar. Ancaq nə yaxşı xalq, sadə insanlar bunu öz təfəkkürlərində müəyyən qədər yaşadıb bu günə gətirib çıxarmağı bacarıblar”.

Folklorşünas qeyd etdi ki, bu gün bir çox bölgələrimizdə çərşənbələrin bu ünsürlərin adları ilə çəkilməsində, heç də sadəcə Zərdüştlüyün deyil, həm də türklərin inandığı qədim Tenqriçilik inanc sisteminin – dininin təsiri vardır.


Nilufər

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort