access_time Dərc olunub: 18:59
Dərmanların satışı artıq bu cür tənzimlənəcək

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq.

TİA.AZ Trend-ə istinadən xəbər verir ki, dərmanların qiymətləri aşağıda göstərilən qaydada müəyyən edilir.

Bu qaydalara görə, dərmanlar topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Dərmanların qiyməti alış qiyməti artdıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan artıq olduqda isə 11 faiz olacaq.

Yeni qaydalarla BURADAN tanış ola bilərsiniz.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort