access_time Dərc olunub: 17:02
"SEVGİLİLƏR GÜNÜ" BU QƏDƏR PUL XƏRCLƏYƏ BİLƏRSİZ

“Sevgililər günü”...  Bu günün atributları da var. Bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Sevginin hədiyyəsi olmaz desək də, bütün dünya sevgililərini birləşdirən bu gündə öz yarınıza nə qədər qiymətli olduğunu bir daha yada salmaq imkanı verir. 


 Hərdən bütün qəlblə sevmək kifayət etmir, sevgini göstərmək lazımdır. Məsələn, gözəl hədiyyə hazırlamaq və bu günü bahalı restoranda keçirmək.


TİA.AZ  Bakının ən məşhur restoranlarının fantastik qiymətlərini oxuculara təqdim edir:


Çiraq Plazada sevgililər restoranda şam yeməyini 99 AZN ödəməklə qonaq ola bilərlər. 


Badamdar Hotel Baku- Valentin günü ilə əlaqədar sevgililəri bir nəfər üçün qiymət 170 AZN olmaqla qonaq qəbul edir.


Velluto Restaurant and Bar-da 14 Fevral Sevgililər gününü bu məkanda qeyd etməyə dəvət edir. Burda 1 nəfər üçün qiymət 150 AZN təşkil edir.


Divan Express Baku  bir nəfər şam yeməyinə cəmi 60 AZN ödəməklə qonaq ola bilər.


“Park İnn” beynəlxalq otelində yerləşən "Glory" də şam yeməyi bir nəfər üçün cəmi 45 AZN ödəməklə, axşamı davam etdirmək istəyənlər isə 120 AZN ödəməklə otaqda gecələmək təklif edir.


 “Fairmont Baku, Flame Towers”da Sevgililər gününə aid paketlər hazırlanıb:


 “Bistro” restoranında şam etmək bir nəfər üçün 125 AZN təşkil edir..  “Alov” zalında bir nəfər üçün qiymət 75 AZN-dir.

“Fairmont Gold”da bir nəfər üçün qiymət 200 AZN-dir.

“Alov Jazz Bar”da bir nəfər üçün qiymət 75 AZN təşkil edir.

 

JW Marriott Absheron Baku  ZEST Lifestyle Cafe-yə dəvət edir. Kafedə bir nəfərlik qiymət 60 AZN, uşaqlar üçün 30 AZN-dir.


Fireworks Urban Kitchen-də yemək sifarişi üçün iki nəfər 180 AZN. Əgər siz şərab istəsəniz onda  260 AZN ödəməli olacaqsız .


OroNero Bar & Ristorante- Burda isə iki nəfər 180 AZN xərcə düşür.


Nilufər

Şərhlər