access_time Dərc olunub: 18:12
İNFORMASİYA MÜHARİBƏSİNİ NECƏ APARIRIQ?

Fevralın 1-i ermənilər tərfindən girov götürülmüş Elnur Hüseynzadəylə bağlı məsələ hazırda gündəmdədir. 


Mətbuat  Şurasının sədri, millət vəkili Əflatun Amaşov  medianı belə məqamlarda həssas mövqe bildirməyə çağırıb. Bəs görəsən, media nümayəndələri bu barədə nə düşünür? 

Azxeber.com saytının  baş redaktoru Hacıbəy  Heydərli  TİA.AZ-a bildirib ki, mətbuat  hər zaman belə məsələlərdə diqqətli olmalıdır: “Düşünürəm ki, Azərbaycan mediasının  Ermənistan mətbuatında yayılan hansısa xəbəri olduğu kimi verməsi yolverilməzdir. Təəsüf ki, bəzi saytlar Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənmədən həmin xəbəri istinadla yaydılar. Bizim ən böyük problemimiz  Dağlıq Qarabağ münaqişəsidir. Belə olan məqamda düşmən mətbuatına istinad etmək  Azərbaycanı informasiya müharibəsində  geri sala bilər. Məncə, hərbi xəbərlərlə bağlı məsələlərdə əsas və tək mənbə Müdafiə Nazirliyi olmalıdır. Müdafiə Nazirliyinin  rəsmi açıqlamasında  göstərilirdi ki, Elnur Hüseynzadə ordudan tərxis olunub. Belə olan təqdirdə onu Azərbaycan əsgəri kimi təqdim etmək hansı məntiqə sığır? Düşünürəm ki, hörmətli Əflatun Amaşovun  sözlərində həqiqət var. Çünki belə hallarda dövlət və dövlətçilik baxımından bir olmalıyıq. Müdafiə Nazirliyi mətbuatla münasibətdə çox aktiv fəaliyyət göstərir, belə ki,  hərbi jurnalistərə təlimlər,  treyninqlər keçirilir, cəbhə bölgəsinə aparılır. Ancaq çox təəssüf ki, bəzi saytlar bu cür məlumatlar yaymaqla özümüzdən çox düşmən ölkəyə xidmət göstərir. Azərbaycan saytlarının düşmən saytlarına istinad etməsi yolverilməzdir. Əgər belə hallar təkrarlanırsa, bununla bağlı ciddi tədbirlər görülməlidir. Bu tip hallarla bağlı araşdırma aparılmalıdır. Azərbaycan ordusunun nüfuzuna xələl gətirən xəbər saytı, informasiya portalları cəzalandırılmalıdır. Bəlkə, bundan sonra mətbuat belə məsələlərə həssas yanaşar”. 

 

Cebhe. info saytının redaktoru Rəfail Becanov TİA.AZ-a bildirdi ki, mətbuatda Elnur Hüseynzadənin əsgər kimi göstərilməsiyol verilməzdi : “ Çünki bizim istinad edə biləcəyimiz mənbə Müdafiə Nazirliyidi və Azərbaycan vətəndaşınıngirov düşməsindən sonra dərhal Müdafiə Nazirliyi bütün mediaya açıqlamagöndərdi ki, bu adam hərbi xidmətdə olub və tərxis olunub və bundan sonra girovdüşüb. Ona görə də mən belə hesab edirəm ki, bu durum Azərbaycan mətbuatınınbelə həssas məsələlərə diqqətlə yanaşmasını ehtiva edən məsələdir”.   




Millət vəkili Fazil Mustafaya görə isə istənilən məsələni ictimaiyətə açıq bildirmək lazımdır: “ Əgər bu dövlət  sirridirsə, hüquqi tərəfdən problem yaradırsa,  belə informasiyanı vermək olmaz.  Mən burda qəbahət görmürəm. Bu, hər hansı bir şəkildə ölkənin müdafiəqabiliyyətinə hansısa bir  problem yaratmırsa,niyə də omasın?! Jurnalistlərə demək olmaz ki, bunu yaz, bunu yazma!  

Əgər  Müdafiə Nazirliyi bunu məqsədə uyğun hesab etmirsə, onda onu nəzərə almaq lazımdır”. 


NİLUFƏR

Şərhlər