access_time Dərc olunub: 13:52
Putinin Qafqaza qoşun yeritməsinin 8 SİRRİ

Rusiyanın Qafqazda Ermənistan və Abxaziya ilə vahid hərbi birləşmə yaratmasının 8 hədəfi var.

TİA.AZ xəbər verir ki, bu barədə Ukraynanın “politike” saytı yazıb.

“Putin Qafqazda kimə qarşı ordu yaradır?” sualını araşdıran sayt hədəfləri bir-bir sıralayıb.

Birinci: Qafqaz Xəzər və Qara dəniz arasında əlaqələndirici rol oynayır. Burada kim güclüdürsə, hər iki dənizə nəzarəti ələ ala bilər. Cənubi Qafqaz İranın, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın neft və qazının Avropaya daşınmasında marşrut potensialına sahibdir.

İkinci: Rusiyanın sərhədlərində Cənubi Qafqaz xüsusi yer tutur. Çünki bura Şimali Qafqaza, həmçinin, Volqa ətrafına yaxındır. Bu baxımdan, Ukraynada olduğu kimi, Cənubi Qafqazdakı vəziyyət də Rusiyanın diqqətini cəlb edir. Yerli gəlmişkən, Cənubi Qafqazla Ukraynanın hərbi əlaqələri Kremli narahat edir. Xüsusilə Azərbaycan və Gürcüstanın Kiyevlə əlaqələrini Moskvada sevmirlər.

Üçüncü: Cənubi Qafqaz Türkiyə və İran baxımından da əhəmiyyətlidir. Rusiya bu iki ölkəyə məhz bu bölgədən hücuma keçə bilər.

Dördüncü: Məsələ təkcə Türkiyə və İranla məhdudlaşmır. Rusiya Cənubi Qafqaz vasitəsilə Hind okeanına tərəf irəliləyə bilər. Hansı ki, rus çarlarının əsrlər boyu ən böyük arzusu bu olub. Lakin bu, uzaq hədəfdir.

Beşinci: Rusiya Cənubi Qafqaza karbohidrogen ehtiyatlarının mənbəyi və nəqliyyat arteriyası olaraq baxır.

Altıncı: Vahid ordu terrorçuların Cənubi Qafqaza girişinin qarşısını almalıdır.

Yeddinci: NATO-nun genişlənməsinin qarşısını almaq. Güman ki, Şimal Alyansının Gürcüstanda addımlarına cavab olaraq Rusiya Ermənistanda hərəkətə keçəcək.

Səkkizinci: Dağlıq Qarabağ münaqişəsinə nəzarəti gücləndirmək və prosesləri öz istədiyi məcraya yönəltmək.

Şərhlər