access_time Dərc olunub: 11:54
Ermənistan zəlzələsi - Bakıdan göndərilən təyyarənin vurulması - 29 il əvvəlki TARİX

7 dekabr 1988-ci il... Həmin tarixdə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında  7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı.
11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu.
Ermənistan rəsmiləri və medisı bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradlğını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıdı”. 69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı.
Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib.Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçuları Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurmuşdulаr.
Deyilənə görə, Spitak zəlzələsinə görə ABŞ-a səfərini yarımçıq qoyan SSRİ prezidenti Mixail Qorbaçov da təyyarə ilə Gümrüyə eniş edərkən son anda qəzadan qurtulmuşdu.Azərbaycandan Ermənistana gedən təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında id və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər.
Qəzadan sağ qurtulan Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.
Spitak zəlzələsi bütün SSRİ-ni sarsıtmışdı və müttəfiq respublikaların bütün rəhbərləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov da Ermənistana yollanmışdı.Bununla yanaşı, Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər təşəkkürnamələrlə mükafatlandırılmışdılar.Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstərmişdilər.Həmin vaxt Ermənistana dəmiryolu xətti ilə gətirilən yardımların 85 faizi Mahaçqala-Bakı-Naxçıvan-Yerevan xəttinin payına düşürdü.Amma həmin vaxtlar Dağlıq Qarabağda yaranmış gərginlik Azərbaycan və Ermənistan arasındakı münasibətlərə öz mənfi təsirini göstərmişdi. Ermənistan Nazirlər Şurasının sədri Fadey Sarkisyan öz “Həyat dərsləri” kitabında bəzi ermənilərin Azərbaycandan göndərilən yardımları geri qaytardığını yazır.(modern.az)

Şərhlər