access_time Dərc olunub: 09:23
Məktəblilərin 5 günlük payız tətili başlayır

Təhsil Nazirliyi 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətilinin vaxtını açıqlayıb. Təhsil Nazirliyinin məlumatına görə, məktəblərdə payız tətili 16-20 noyabr tarixlərində olacaq: “Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bundan başqa bayramlarla əlaqədar olaraq qeyri iş günlərində məktəblər də işləməyəcək. Belə ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. Yeni illə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq. 2018-ci ilin  2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq və məktəblər də işləməyəcək.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Günel MANAFLI

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort