access_time Dərc olunub: 17:30
Fazil Mustafa: "Tərbiyəsizləri susdurmağın ən yaxşı yolu..."

"Vaxtaşırı Türkiyə mediasında yer alan bu cür qıcıqlandırıcı materiallarda antiazərbaycan əhval-ruhiyyəsi hiss olunur".

Bu sözləri Axar.az-a Türkiyənin “Sabah” qəzetində “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat barədə “Əzik xoreoqrafiya” başlığı ilə xəbərin yayımlanmasına qarşı Azərbaycanın görəcəyi tədbirlərlə bağlı danışan millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, yazıda işədilən ifadə birbaşa təhqir etməyi hədəfləyib:

“Bu gün Türkiyədə türk soyadı ilə müəyyən sayda ermənilər, yunanlar yaşayır. Ona görə də onlar azərbaycanlılara münasibətdə milli təəssübkeşlikdən irəli gələn bu cür addımlar atırlar. Görünür, yazının müəllifinin də ermənilərlə bioloji bağı var. Çünki bu məsələdə belə bir ifadə işlətmək həqiqətən gülünc görünür. Yazıda məsxərəyə qoyulan komandamız iki dəfə çempionlar liqasında final oynamış komanda ilə bərabərə qalır. Ancaq Türkiyənin iki komandası – Konyaspor və Başakşəhər məğlub olur. Halbuki həmin komandların büdcəsi bəlkə də 10 dəfə “Qarabağ”dan çoxdur. Demək, bu məsələ futbol məsələsi deyil, məqsədyönlü şəkildə ortaya atılmış bir addımdır. Bundan dolayı münasibətlər səviyyəsində hansısa narahatçılıq yaşandığını söyləyə bilmərik”.

Millət vəkilinin sözlərinə görə, bütün hallarda məsələ ilə bağlı mədəni formada etirazlar bildirilməli və hüquqi tədbirlər görülməlidir ki, bu cür tərbiyəsizliklər davam etməsin:

“Onları susdurmağın ən yaxşı yolu isə “Qarabağ”ın uğurlarıdır. Qələbəmiz çox olanda düşmənin, bədxahların da səsi bu formada gəlmir. “Qarabağ” son qələbəsiylə əsl xarakter ortaya qoydu. Qarabağ adının bu gün dünya mediasında hallanması bizim böyük uğurumuzdur. Ona görə də Azərbaycana qarşı olan qərəzin aradan qaldırılması üçün əlimizdə yaxşı təbliğat imkanı yaranıb. Bundan istifadə edərək sözügedən şəxslərə qarşı müxtəlif ifşa etmə variantları ilə izah etməliyik ki, Azərbaycana sataşmaq olmaz”.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

TİA.AZ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort