access_time Dərc olunub: 16:04
Culfada 4 yaşlı qızı zorlayan oğlanla bağlı - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naxçıvanda dəhşətli hadisə baş verib.


TİA.AZ xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. 


Belə ki, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Nəticədə, azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb, vəziyyəti ağırdır.


Cinayətkarı camaatı cəzalandırıb. Belə ki, onun əlləri və ayaqları yandırılıb.

Mənbənin bildirdiyinə görə, təcavüzə məruz qalan uşaq ailənin neçə ildən sonra doğulan yeganə övladı olub.



Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi:

"Doğrudur, hadisə baş verib. Prokurorluq tərəfindən baş verən faktla bağlı araşdırma aparılır".

Şərhlər