Rəcəbovun “əzdiyi” Aronyan “vətənə xəyanət”də ittiham olunur – Anası ermənilərə müraciət etdibackend

Rəcəbovun “əzdiyi” Aronyan “vətənə xəyanət”də ittiham olunur – Anası ermənilərə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər imkanda xəbis və xəstə xislətini ortaya qoyan erməni cəmiyyəti indi də Ermənistan şahmatının lideri, beynəlxalq qrossmeystr Levon Aronyanı hədəfə alıb. Xüsusilə şahmatçımız Teymur Rəcəbova son məğlubiyyətindən sonra ermənilərin “gözündən düşən” Aronyan, artıq cəmiyyətin millətçi kəsimi tərəfindən vətənə xəyanətdə ittiham olunur.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında şahmatçının anası Sona Aronovnanın öz “feysbuk” səhifəsi vasitəsilə yayımladığı müraciəti dərc olunub. Şahmatçının anası Aronyanın məğlubiyyətə rəğmən əslində Ermənistan şahmatı üçün tarixi uğur qazandığını bildirib və erməniləri sərt şəkildə tənqid edib: “Sizin uğursuzluğunuza görə heç kim günahkar deyil. İstedadlı şahmatçını vətən xaini kimi təqdim etməyə çalışmayın. Levonun qələbələri sayəsində Ermənistanın reytinqi qalxıb. Oğlumun tarixi nailiyyətlərini siyasiləşdirməkdən əl çəkin”.

Qeyd edək ki, erməni mətbuatında çoxsaylı tənqid və təhqirlərə məruz qalan Aronyanın Ermənistan vətəndaşlığından imtina edərək, ABŞ yığmasında çıxış etmək fikrində olduğuna dair məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, Aronyan erməni bayrağı altında yarışlara qatılmaqdan imtina edir. Şahmatçının anası isə deyib ki, hələlik oğlu Ermənistan bayrağı altında çıxış edir.