Tribuna İnformasiya Agentliyi

“Real”ın yeni baş məşqçisi məlum oldu

13 İyun

Madridin “Real” klubu Zinəddin Zidana əvəz tapıb.

TİA.AZ xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

Kral klubu tanınmış futbol çalışdırıcısı Hulen Lopeteqi ilə müqavilə bağlayıb.

Hazırda İspaniya millisini çalışdıran məşqçi Rusiyada keçirilən dünya çempionatı başa çatdıqdan sonra “Real”da rəsmi olaraq yeni vəzifəsinin icrasına başlayacaq.

Lopeteqinin təyinatı gözlənilməz olub. Belə ki, bu yaxınlarda o İspaniya federasiyası ilə müqaviləni 2020-ci ilə kimi uzatmışdı.