Tribuna İnformasiya Agentliyi

“Real”dan qələbə, “Liverpul”dan darmadağın – VİDEO

15 Fevral

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.

Bu gün daha 2 qarşılaşma keçirilib.

Sözsüz ki, günün əsas oyunu Madriddə baş tutdu. “Real Madrid” doğma meydanda “PSJ”-ni 3-1 hesabı ilə məğlub edib. Matçın il hissəsində 0-1 hesabı ilə geriyə düşən “Real”, Ronaldonun 2, Marcelonun 1 qolu ilə inamlı qələbə qazana bilib.

Gecənin digər oyunu isə Portuqaliyada baş tutub. “Porto” doğma azarkeşləri önündə “Liverpul”u qəbul edib. Digər matçdan fərqli olaraq, bu oyunda ev sahibi nəyin ki, qalib gəlmək, hətta qol belə ata bilmıyib. “Liverpul” rəqibə aman verməyib: 0-5

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral

“Portu” – “Liverpul” 0:5
Qollar: Mane, 25; 53; 85. Salah, 29. Firmino, 70.

“Real” – PSJ 3:1
Qollar: Ronaldo, 45-pen; 83. Marselo, 86 – Rabyo, 33. Yenicag.az