“Real” və “Barselona”dan geridönüş – Videobackend

“Real” və “Barselona”dan geridönüş – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

TİA.AZ  xəbər verir ki, “Real” səfərdə “Osasuna”ya 4:1 hesabı ilə qalib gəlib.

“Barselona” isə “Betis” üzərində 3:2 hesablı qalibiyyətə səvinib.

Maraqlıdır ki, hər iki klub geridönüş edərək qalib gəlib.

La Liqada turnir cədvəlinə 52 xalla “Real” başçılıq edir. 28 xalı olan “Osasuna” 13-cüdür.

“Osasuna” – “Real” – 1:4

Qollar: Unai Qarsiya, 14 – İsko, 33, Serxio Ramos, 38, Lukas Vaskes, 84, Luka Yoviç, 90+2

“Betis” – “Barselona” 2:3

Qol: Kanales, 6-pen. Fekir, 26 – De Yonq, 9. Buskets, 45+3. Lanqle, 72.