backend

“Real-Sosyedad”la “Atletiko” xal itirib, “Real” qələbə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında XXVIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib.

Çempionluq mübarizəsi aparan “Real” evdə “Eybar”ı sınağa çəkib. Madridlilər görüşün taleyini ilk yarıdakı üç qolla həll edib. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb.

Çempionlar Liqasına vəsiqə qazanmağa iddialılar xal itkisi ilə üzləşib. “Atletiko” səfərdə “Atletik”lə heç-heçə edib.

“Real-Sosyedad” isə “Osasuna” ilə görüşüb. Hərəyə bir qol vuran rəqiblər bir xalla kifayətlənib.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 15-18-də keçiriləcək.

İspaniya La Liqası
XXVIII tur
14 iyun
“Atletik” – “Atletiko” – 1:1

Muniayn, 37 – Dieqo Kosta, 39
“Real” – “Eybar” – 3:1
Kroos, 4, Ramos, 30, Marselo, 37 – Biqas, 60
“Real-Sosyedad” – “Osasuna” – 1:1
Oyarzabal, 61 – Lopes, 29 (pen.)

1. Barselona 28 19 4 5 67:31 61
2. Real 28 17 8 3 52:20 59
3. Sevilya 28 14 8 6 41:29 50
4. Real-Sosyedad 28 14 5 9 46:34 47
5. Xetafe 28 13 7 8 38:27 46
6. Atletiko 28 11 13 4 32:22 46
7. Valensiya 28 11 10 7 39:40 43
8. Vilyarreal 28 12 5 11 45:38 41
9. Qranada 28 12 5 11 35:33 41
10. Atletik 28 9 11 8 30:24 38
11. Osasuna 28 8 11 9 35:39 35
12. Levante 28 10 4 14 33:41 34
13. Betis 28 8 9 11 38:45 33
14. Valyadolid 28 7 11 10 25:34 32
15. Alaves 28 8 8 12 29:39 32
16. Eybar 28 7 6 15 28:44 27
17. Selta 28 5 11 12 22:35 26
18. Malyorka 28 7 4 17 28:48 25
19. Leqanes 28 5 8 15 22:41 23
20. Espanyol