“Real Madrid”in sabiq prezidenti koronavirusdan ölübbackend

“Real Madrid”in sabiq prezidenti koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubunun sabiq prezidenti Lorenso Sans vəfat edib.

TİA.AZ-ın “Marca”ya istinadla verdiyi məlumata görə, L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib. Bir neçə gün əvvəl o, xəstəxanaya yüksək temperaturla çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib.

Qeyd edək ki, Lorenso Sans 1995 – 2000-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. Daha sonra o, yerini hazırkı klub prezidenti Florentino Sansa verib.