““Real Madrid“ güclüdür, amma…” – Klopp meydan oxudubackend

““Real Madrid“ güclüdür, amma…” – Klopp meydan oxudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında “”Real Madrid””lə oyun öncəsi mətbuat konfransında maraqlı açıqlamalar verib

TİA.AZ  goal.az-a istinadən xəbər verir ki,
Klopp bildirib ki, final matçında təcrübə çox önəmlidir:
“Çempionlar Liqasının finalında oynamaq ciddi uğurdur. Bu turnirin finalına qalmaq bir məşqçinin bacaracağı ən çətin nailliyətlərdən biridir. Məşqçi olaraq çoxlu hazırlaşmaq lazımdır. Amma əsas sakitliyi saxlamaqdır. Bundan əvvəl Çempionlar Liqasının final matçında daha çox emosional idim.  Bu şans həyatda bir dəfə olur. Ən azı bunu sonradan hiss etdim. Borussia-nı çalışdırarkən finalda “Bayern Münhen”ə qarşı fantastik oynadıq. O matçdan sonra bilirdim ki, bir daha belə şansım olacaq. Bu şansı mənə futbolçularım verdilər. Təcrübə baxımdan “Real” daha üstündür. Ancaq hər şey meydanda həll olunacaq. “Real” çox güclüdür, ancaq onlar hələ “Liverpul”la qarşılaşmayıblar. Biz “Liverpul”uq. Bu cür matçlar qanımızda var. Böyük zəfərlərə öyrəşmişik. Səviyyə baxımından “Real”la rəqabət apara bilmərik. Ancaq taktika ilə səviyyə fərqini yox edə bilərik. Finalda qələbə qazanmaq üçün hər bir komandanın bir az şansa ehtiyacı var. Bu, bizə də aididr. İstənilən sınağa hazır olmaq lazımdır”.
O, rəqib komandanın baş məşqçisi Zinəddin Zidan haqda müsbət fikirlər səsləndirib:
“Zidan dünya futbolunun beş ən yaxşı oyunçusundan biridir. O, Real-la neçə dəfə Çempionlar Liqasının kubokunu qazanıb. Zidan əsl döyüşçüdür. Onunla futbolçu olduğumuz dönəmdə tez-tez qarşı-qarşıya gəlmirdik”.
Alman mütəxəssis futbolçusu Məhəmməd Salah barədə də danışıb:
“Salah bu mövsüm möhtəşəm idi. Onun Ronaldo və Messinin səviyyəsinə çıxıb-çıxmayacağı növbəti mövsüm bilinəcək. Bu, asan deyil. Əks təqdirdə, bu, iki futbolçunun yanında başqa oyunçular da olardı”.
Xatırladaq ki,  bu gün Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda keçiriləcək “Real Madrid” – “Liverpul” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.