“Real Madrid” finalda!(VİDEO)backend

“Real Madrid” finalda!(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

TİA.AZ xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edən “Real Madrid” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.
İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar – 4:3.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1 (ƏLAVƏ VAXTDA – 1:0)
Qollar: Rodriqo, 90; 90+1 – Riyad Mahrez, 73
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 3:4
Qeyd edək ki, “Real Madrid” finalda İngiltərənin digər təmsilçisi “Liverpul”la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.