“Real Madrid” Bilbaoda xal itirdibackend

“Real Madrid” Bilbaoda xal itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” futbol klubu İspaniya Çempionatının 4-cü turu çərçivəsində “Atletik Bilbao” komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesabı 32-ci dəqiqədə meydan sahibləri “Atletik” açıb. Fərqlənən İker Munyain olub. Madridlilər hesabı 63-cü dəqiqədə bərabərləşdirib, İsko qol vurub.

 Beləliklə, “Real” 10 xalla turnir cədvəlində ikincidir və lider “Barselona”dan 2 xal geri qalır.