“Real Madrid” 5-ci dəfə UEFA Super Kubokunun qalibi olubbackend

“Real Madrid” 5-ci dəfə UEFA Super Kubokunun qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

TİA.AZ-ın məlumatına görə, İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan “Real Madrid” bu göstəricidə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

UEFA Super Kuboku

10 avqust

23:00. “Real Madrid” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.