“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının qalibi olub – VİDEObackend

“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının qalibi olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.“Report”un məlumatına görə, Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçirilmiş görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Beləliklə, “Real Madrid” 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.