RBK: Zavod bağlanacaq, An-24, An-26 təyyarələri uçuşlarını dayandıracaqbackend

RBK: Zavod bağlanacaq, An-24, An-26 təyyarələri uçuşlarını dayandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
An-24 və An-26 regional təyyarələrini istismar edən Rusiya aviaşirkətləri 412 saylı Rostov Mülki Aviasiya Zavodunun bağlanması ehtimalı ilə əlaqədar turbovintli mühərriklərin təmiri ilə bağlı problemlərə görə kömək üçün hakimiyyət orqanlarına müraciət edib.
TİA.AZ xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
İrAero aviaşirkətinin baş direktoru Yuri Lapin Sənaye və Ticarət Nazirliyinə və Federal Hava Nəqliyyatı Agentliyinə məktub göndərib.
“Bu vəziyyət o deməkdir ki, Rusiya aviaşirkətlərində mövcud olan bütün An-24 və An-26 tipli təyyarələr maksimum 5-6 aya dayanacaq”, – top menecer xəbərdarlıq edib.
Agentliyin mənbələrindən birinin məlumatına görə, Rostov zavodu martın 31-də An-24 və An-26 üçün mühərriklərin təmirini dayandıracaq – hər bir An-24/26 iki Ukrayna istehsalı olan AI-24 turbovintli mühərriklə təchiz olunub.
Rusiyada 100 ədəd An-24/26 təyyarəsi istifadə olunur, onlardan 87-si on regionun 12 kommersiya aviaşirkəti tərəfindən istifadə olunur (o cümlədən, Moskvadan yan keçən və Uzaq Şərq daxilində uçuşların subsidiyalaşdırılması proqramları çərçivəsində). Onların arasında Yakutiya, Komi, Kamçatka, Çukotka, Maqadan və İrkutsk vilayətləri, Xabarovsk diyarı və s. var.