RAZİ NURULLAYEV MANDAT ALA BİLMƏDİ – MSK “Exit-poll”-dan fərqli nəticə açıqladıbackend

RAZİ NURULLAYEV MANDAT ALA BİLMƏDİ – MSK “Exit-poll”-dan fərqli nəticə açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçki kampaniyası zamanı gərginlik yaşanan 79 saylı İmişli Seçki Dairəsindən “Exit-poll”-un qalib göstərdiyi namizədin adı MSK-nın açıqladığı liderlər siyahısında yoxdur.

“AzPolitika.info” xəbər verir ki, sorğularda həmin dairədən Razi Nurullayevin qalib gəldiyi elan olunmuşdu. MSK-nın Seçkilər İnformasiya Mərkəzində 79 saylı dairədən Murad Fərzəliyevin 22.1 faizlə irəlidə olduğu göstərilir. Çox güman, bu nəticə dəyişməyəcək. Çünki dairə üzrə 48 məntəqənin hamısının nəticələri hesablanıb.

Qeyd edək ki, seçkinin təbliğat-təşviqat mərhələsində bu dairədən olan namizədlər arasında ciddi qarşıdurma yaranmışdı. Əksər namizədlər mediada və sosial şəbəkədə mandat alacağı barədə informasiya yayılan Razi Nurullayeva qarşı idi. Onun seçicilərlə görüşündən yayılan videolarda da yerli sakinlərin R. Nurullayevə qarşı təpkili olduğu aydın görünürdü.

Seçkidən bir gün əvvəl rayondakı gərginliyi nəzərə alaraq, Daxili İşlər Nazirliyi Çevik Polis Alayının hissələrini bölgəyə göndərmişdi.