Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlamabackend

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama

“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır”.

TİA.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Son günlərin yoluxma səviyyəsinin artması bu məsələdə biraz konservativ yanaşmaya vadar edir. Narıncı zonada yoluxmanın sayı artıqdır. Gediş-gəliş bərpa olunarsa, yoluxma daha da arta bilər. Operativ Qərargah hələlik bu məsələni saxlayıb”- deyə İ.Məmmədov bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki