Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac –  FOTO/VİDEObackend

Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postu ilə yanaşı, bir sıra alternativ yollarda da qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Şimal regionlarından gələn magistrallarda, eləcə də, Bakı-Şamaxı magistral yolunda analoji vəziyyət müşahidə olunur.

06:54

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

Səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.

Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.

Qeyd edək ki, Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də, Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən şəhərin çıxış postlarında böyük tıxac müşahidə edilib. Bir çox sürücülər şəhəri torpaq yollarla tərk etməyə çalışıb.