Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdibackend

Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro öz vəzifəsindən istefa verib.

TASS xəbər verir ki, partiyanın rəsmi orqanı olan “Granma” qəzetinin yaydığı məlumata əsasən, general bu barədə partiyanın Havanada keçirilən VIII qurultayı zamanı bəyan edib.

“Ordu generalı bildirib ki, o, məmnunluq hissi ilə ölkə rəhbərliyini onilliklər boyu təcrübələrlə sınanmış, xalqın tarixi və mədəniyyəti ilə müəyyənləşdirilmiş inqilab etikasına sadiq qalan, xüsusi olaraq hazırlanmış liderlər qrupuna təhvil verir”, – deyə qəzet qeyd edib.