Tribuna İnformasiya Agentliyi

Rasim Rəfiyevin oğlu “Sumqayıt” klubunun yeni prezidentidir

09 Mart

“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu “Sumqayıt” Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib və təsisçilərin qərarı ilə “Sumqayıt Futbol Klubu” MMC-nin prezidenti təyin olunub.

Virtualaz.org xatırladır ki, Riad Rəfiyev 90-cı illərdə uzun müddət Bakının “Neftçi” futbol klubuna rəhbərlik və sponsorluq etmiş məşhur iş adamı, metsenat Rasim Rəfiyevin oğludur.