“Rasim Məmmədov işi”ndə yenilik – Zərərçəkənlər DTX-yə çağırılır, amma…backend

“Rasim Məmmədov işi”ndə yenilik – Zərərçəkənlər DTX-yə çağırılır, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Steel Company” MMC-nin keçmiş sahibi Rasim Məmmədov barəsində başlanmış cinayət işi ilə əlaqədar digər zərərçəkənlərin ifadələri alınıb.

TİA.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında həbs edilsə də, onun əməllərindən zərərçəkənlərin sayı çoxdur.

Məlumata görə, indi həmin zərərçəkənlər Dövlət Təhlükəsiz Xidmətinə (DTX) çağırılaraq dindirilir. Lakin onlar hələ ki, zəzərçəkən qismində tanınmayıblar.
Konkret olaraq keçmiş deputat Nazim Bəydəmirli artıq ifadə verib.

O HİT.Az-a açıqlamasında məlumatı təsdiqləyib.

“Fevralın 1-də ilk ərizəmi yazmışam. Martın 2-də isə DTX-yə dəvət olunaraq ifadə vermişəm. Aprel ayının əvvəllərinə zərərçəkmiş kimi tanınmağım haqqında qərar gözləmək mümkündür”, –  deyə keçmiş deputat bildirib.

Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, “Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrlə Rasim Məmmədovu uzun müddətli gözləyir. Zərərçəkənlərin sayı artdıqca isə cəza daha da ağırlaşa bilər.
Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb. O, “Baku Steel Company” MMC-nin rəhbərliyinə keçdikdən sonra metallurgiya sahəsini monopoliyaya alıb. Kiçik müəssisəsələrin, zavodların fəaliyyəti müxtəlif üsullarla dayandırılıb. Rasim Məmmədovun şərtlərinə boyun əyməyən sahibkarlar təzyiq və təhdidlərlə üzləşib.

Onların müəssisələri “Baku Stee Company” MMC-nin keçmiş sahibinin nəzarətində olan qoçu dəstələri tərəfində yağmalanıb. Bütün bunlar barədə mediada kifayət qədər yazılıb. Lakin həmin vaxt Rasim Məmmədova “gözün üstdə qaşın var” deyən olmayıb. Onun toxunulmazlığı Ramiz Mehdiyev faktoru ilə izah edilib.