backend

Rasim Balayev: “Canəli Əkbərov qudurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir.  Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. 

Səsləndiridyi nalayiq ifadələrə görə xanəndəyə təkcə həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib.

TİA.AZ musavat.com-a istinadən xəbər verir ki, xalq artisti Rasim Balayev də qalmaqala biganə qalmayaraq məsələyə öz münasibətini bildirib:

“Canəliyə siyasi baxımdan o qədər artıq ordenlər veriblər ki, o, qudurub. Üstəlik onun heç oxumağı da yoxdur. O, elə həmişə onun-bunun dalınca danışıb, durub”.

Xatırladaq ki, xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilmədiyi üçün həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlədib.