Tribuna İnformasiya Agentliyi

İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirəcək

17 Mart

Qarşıdakı bayram ərəfəsində 9 gün müddətində rəsmi qaydada iş olmayacaq. 

Qarşıdakı bayram ərəfəsində 9 gün müddətində rəsmi qaydada iş olmayacaq.

Ekspertlər bildirirlər ki, bu müddətdə ölkəyə gələn turistlər xeyli valyuta gətirə bilərlər. Bu amil də bayram günlərində manatın məzənnəsinə müsbət təsir edəcək.

İqtisadçı-ekpsert Rəşad Həsənov bildirib ki, xüsusilə də İrandan gələn turistlərin sayında xeyli artım müşahidə olunacaq. Turistlərin valyuta ilə xərcləmələri bazarlarda dollar təklifini artıracaq və dövriyyəyə əlavə valyuta daxil olacaq.

Son rəqəmlərə görə, bayram günlərində Azərbaycana gəlmək istəyən 23 minə yaxın iranlı turist viza üçün müraciət edib. Orta hesabla bir turistin Azərbaycanda 1000-1200 dollar vəsait xərcləyəcəyi proqnoz edilir. Bu isə təxminən ölkəyə 25-30 milyon dollar həcmində valyuta axını deməkdir.

Bu məbləğ təqribən bir valyuta hərracında bankların dollara olan tələbinin qarşılanmasına kifayət edir. (fins.az)