Tribuna İnformasiya Agentliyi

İrandan Trampa məktub: “Xamneyi xəstədi, ölümü…”

18 Aprel

İranlı səlahiyyətlilər ölkənin dini lideri Əli Xamneyinin gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub göndərib. 

İranlı səlahiyyətlilər ölkənin dini lideri Əli Xamneyinin gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub göndərib.

TİA.AZ xəbər verir ki, bu haqda İranın keçmiş prezidenti Əbulhəsən Benisədr müxalifətə yaxınlığı ilə tanınan “İranwire” saytına açıqlamasında deyib.

“İran səlahiyyətliləri ABŞ prezidenti Donald Trampa “Xamneyi xəstədir, ölümü yaxınlaşıb. ABŞ tərəfindən İrana təzyiq olmasa, hazırkı hakimiyyət iqtidarda qala bilər. Beləliklə, İraqdakı ayətullah Sistanini Xamneyinin yerinə gətirmək mümkün olacaq” şəklində bir məktub göndərib”, – keçmiş prezident bildirib.

Onun sözlərinə görə, İrana tətbiq olunacaq sanksiyalarla əlaqədar ABŞ Konqresində keçirilməsi nəzərdə tutulan səsvermənin İranda prezident seçkilərindən sonraya saxlanılması da bu məlumatı təsdiqləyir. Əbulhəsən Benisədr xatırladıb ki, belə bir mesaj Xomeyninin həyatının son günlərində ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana göndərilmişdi.

Xamneyinin mümkün əvəzedicilərinə gəlincə, keçmiş prezident bildirib ki, Konstitusiyanın tələblərinə uyğun gələn bir neçə nəfər var:

“Onlardan biri Xamneyinin oğlu Müctəbadır. Digərləri İbrahim Rəisi və məhkəmə hakimiyyətinin sədri Sadiq Laricanidir. Laricani haqqında bu günlərdə sui-istifadə ilə əlaqədar iddiaları var. Buna görə də onun dini lideri əvəz etməsi mümkün görünmür. Digər bir şəxs ayətullah Mahmud Şahrudidir. Amma onun İran İnqilabı Keşikçilər Korpusu ilə arası yaxşı deyil”.