Tribuna İnformasiya Agentliyi

İranda 200 nəfər prezidentliyə namizədliyini irəli sürüb

12 Aprel

İranda təxminən 200 nəfər mayda keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün qeydiyyatdan keçib. 

İranda təxminən 200 nəfər mayda keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün qeydiyyatdan keçib.


TİA.AZ  İran KİV-nə istinadən xəbər verir ki, səhər saatlarına olan hesablamalara görə, 197 nəfər qeydiyyat üçün müraciət edib. Onlardan 189-u kişi, səkkizi qadındır. Ən yaşlı namizəd 82 yaşlı stomatoloqdur. 

Ən böyük rezonans doğuran hadisə isə ölkənin ali dini liderinin etirazına baxmayaraq, İranın eks-prezidenti Mahmud Əhmədinejatın namizədliyini irəli sürməsi olub.

Qeyd edək ki, ölkə konstitusiyasına əsasən, yaşı 40-dan aşağı olmayan köklü İran vətəndaşı, islamın aktiv tərəfdarı prezident seçilə bilər.