Tribuna İnformasiya Agentliyi

Ramzan Kadırov: “İŞİD üçün “qiymətli hədiyyə”

08 Aprel

Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün “qiymətli hədiyyə” oldu. 

Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün “qiymətli hədiyyə” oldu.

TİA.AZ xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.

“İndi isə ABŞ-ın hərəkətləri barədə. Onların hərbi gəmilərindən buraxılan raketlər mülki vətəndaşların qanını axıtdı və bunu İŞİD üçün qiymətli hədiyyə etdi – Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi. Terrorçular üçün yol açıqdır”, – deyə o yazıb.