Tribuna İnformasiya Agentliyi

Тramp realiti-şounun prodüseri olacaq – Fotolar

09 Dekabr

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Тramp NBC telekanalında yayımlanacaq “Məşhur şagirdi” (The Celebrity Apprentice) realiti-şousunun icraçı prodüseri olacaq. 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Тramp NBC telekanalında yayımlanacaq “Məşhur şagirdi” (The Celebrity Apprentice) realiti-şousunun icraçı prodüseri olacaq.

TİA.AZ xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Sözügedən proqramın nümayişi təxminən iki illik fasilədən sonra 2017-ci il yanvarın 2-da bərpa olunacaq. Əvvəllər Тramp özü şounun aparıcısı olub. Verilişin yeni aparıcısı isə Avstriya mənşəli aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger olacaq.

Тramp maaşı isə proqramın hər buraxılışına görə ən azı 100 min dollar təşkil edəcək.