Ramiz Zeynalovun yerinə bu şəxs təyin ediləcək – FOTObackend

Ramiz Zeynalovun yerinə bu şəxs təyin ediləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yaxın günlərdə xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndəriləcək.

Bu barədə Azsiyaset.com-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, 72 yaşlı R.Zeynalovun daxili işlər orqanlarındakı xidmət müddəti bir neçə həftə öncə başa çatsa da, o, hələ də vəzifə başındadır.

Azsiyaset com-a daxil olan digər məlumatda göstərilir ki, R Zeynalovu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılov əvəzləyəcək. F.Mayılovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinatının yaxın günlərdə baş tutacağı bildirilir.

Onu da qeyd edək ki, F.Mayılov uzun müddətdir yaxın adamlarını yol polisi orqanlarında mühüm postlara yerləşdirib.