Tribuna İnformasiya Agentliyi

Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib

15 Fevral

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

TİA.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev fevralın 15-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Onun Ali Məhkəmənin sədri kimi səlahiyyət müddəti fevralın 25-də bitəcəkdi.