Ramin Hacılı Prezidentə müraciət etdibackend

Ramin Hacılı Prezidentə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının məhkəməsi təxirə salınıb.
Tia.az xəbər verir ki, növbəti proses dekabrın 5-də keçiriləcək. Bu arada Ramin Hacılı Prezident İlham Əliyevə müraciət edib. Onun müraciətini təqdim edirik:
“Cənab Prezident, əvvəlcə Sizə anım günü ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Uca Tanrıdan Şəhidlərimizə rəhmət diləyirəm. Ötən ilin bu günü – 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyiniz altında haqq yürüşünə başladı. Bütün vətənsevərlər kimi mən də tam gücümlə bu müqəddəs işdə dövlətimizə dəstək olmağa çalışdım. Əvvəllər olduğu kimi yenə də erməni təcavüzünə, terroruna, vandalizminə qarşı savaşda əlimdən gələni etdim. Həm əvvəlki illərdə, həm də savaş zamanı etdiyim fədakarlıqları vicdanı olan hər kəs yaxşı xatırlaya bilər. Çox vaxtınızı almaq istəmədiyimdən sadəcə, bəzilərini yazmaq istərdim.
2019-cu ilin mart ayında sizin müdaxilənizdən sonra azadlığa çıxdım. Mənə göstərilən etimadı doğrultmağa çalışdım. Fəaliyyət göstərdiyim şirkətin iflası nəticəsində yaranmış 153 min manatlıq borcu ödəməyi öz üzərimə götürərək 2 il ərzində 114 min manat hissəsini ödəməyi bacarmışdım. 09 iyul 2021-ci il tarixli həbsim bu işi başa vurmağıma mane oldu. Şəxsi problemlərimin olmasına baxmayaraq, öz bilik və bacarıqlarımı səfərbər edərək ölkəmizə fayda verməyə də çalışırdım. 2019-cu ilin iyun ayında Bakıdan Şuşaya ayaqla təkbaşına sivil yürüş edərək dünya birliyinin diqqətini erməni işğalına çəkməyə çalışdım. Paşinyan rejiminin militarist açıqlamalarına etiraz olaraq atdığım dinc addım erməni cəmiyyətində rezonans doğurdu. Savaşdan öncə Sizin Ermənistanın silahlanması haqqında etdiyiniz çıxışınıza dəstək olmaq üçün  araşdırmalara başladım. Məlum oldu ki, Gürcüstan üzərindən Ermənistana silah daşınmasını ifşa etdiyinə görə gürcü xanım öldürülüb. Bu hadisənin yaratdığı xofa görə heç kim faktları tirajlamırdı. Riskli olsa da, bu missiyanı üzərimə götürərək faktaları yayımladım. Dövlət tərbiyəsi alanlar bilir ki, dövlətçilik şəxsi həyatdan üstündür. Bütün fəaliyyətimdə bu prinsipi əsas götürmüşəm.
Cənab Prezident, mən 10 yaşında olarkən ailəmlə birgə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gələrək vaqonda yaşamışıq. Uşaq olarkən atam, anam və kiçik qardaşımın səhhətində ciddi problemlər yarandığından işləməyə məcbur olmuşam. Çəkdiyim əziyyətləri kiminsə yaşamaması üçün dövlətimizin qüdrətlənməsinin vacib olduğunu bidiyimdən bu yolda əlimdən gələni etmişəm. 44 günlük Vətən Müharibəsindən sonra fəaliyyət göstərdiyim Beynəlxalq Avropa Hərəkatının xətti ilə xarici ölkələrdən jurnalistləri, ictimai xadimləri və Avroparlementarilərin işğaldan azad olunmuş ərazilərə səfərini təşkil etməyə çalışırdım. Artıq müvafiq işlərə də başlamışdıq. Bu barədə aidiyyatı dövlət qurumlarına da məlumat vermişdim. Çox təəssüf ki, həbs olunmağım bu işi də yarımçıq qoydu.
Cənab Prezident, 23 oktyabr 2020-ci ildə əsgərlərimizə dəstək olmaq üçün Horadizə getmişdim. Həmin gün Siz Füzuli şəhərinin işğaldan azad olunması xəbərini verərək mənə böyük sevinc bəxş etdiniz. Atamın məzarına gedərək bu sevinci onunla bölüşdüm.
Hazırda mənə qarşı 5-6 il əvvələ aid ittihamlar irəli sürülərək istintaq müddətində həbsdə saxlanılıram. Sizdən xahiş edirəm, ailə vəziyyətimi, himayəmdə əlil anamın olmasını, dövlətçilik naminə xidmətlərimi, Sizin rəhbərliyiniz dövründə yetişməyimi, gözümdə yaranan problemləri və Zəfər Bayramınında azadlıqda olmaq arzumu nəzərə alaraq istintaq dövründə azadlığa çıxmağım üçün mənə köməklik edəsiniz”.