Tribuna İnformasiya Agentliyi

Ramil Usubovun qəbul vaxtı dəyişdirildi

25 Noyabr

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabr ayının 10-na keçirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabr ayının 10-na keçirilib.

Bu barədə TİA.AZ-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Həmin gün saat 10:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.