Tribuna İnformasiya Agentliyi

Ramil Usubovdan yeni rəis müavini təyinatı

13 Fevral
Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
TİA.AZ  oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.
O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində  fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.