Tribuna İnformasiya Agentliyi

Ramil Usubov Mirhəşimovu rəis təyin etdi

11 Mart
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.
TİA.AZ Azadinform-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini – Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.