Tribuna İnformasiya Agentliyi

Ramil Usubov iki rəisin yerini dəyişdi – ƏMR

29 Noyabr

Daxili işlər orqanlarında yeni təyinat olub.

Open.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Pərviz Abdinov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi təyin edilib.

R. Usubovun digər əmri ilə Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Müslüm Quliyev tutduğu vəzifədən azad edilərək Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.