Ramil Quliyev Paavo Nurmi Oyunlarının qalibi olubbackend

Ramil Quliyev Paavo Nurmi Oyunlarının qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub.

“Report”un məlumatına görə, 28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin Paavo Nurmi Oyunlarının rekorduna sahib olub.

Qeyd edək ki, Ramil Quliyev iyunun 7-də Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək.