Tribuna İnformasiya Agentliyi

Ramazan bitdi – necə qidalanmalı?

18 İyun

Dietoloqlardan 5 qızıl qidalanma qaydası…

Ramazan ayının sona çatması ilə inanclı insanların qidalanma məsələsində də müəyyən problemlər yaranıb. Bir ay boyunca oruc tutan və fərqli şəkildə qidalanan insanlar bundan sonra yeməklərinə necə diqqət etməlidir? Türkiyəli dietoloq Yunus Baş Ramazandan sonra yerinə yetirilməli olan 5 qızıl məsləhət verib. Dietoloq bildirib ki, Ramazan ayı boyunca sistemsizləşən yemək yemə vərdişini yoluna qoymaq əslində çox bəsitdir. Ramazandan sonra bayram boyunca yeyilən şirniyyatlar da bədənə əlavə çəki olaraq geri qayıdır. Mütəxəssislər bədən müvazinətini bir neçə bəsit qayda ilə yenidən yoluna qoymağın mümkünlüyünü bildirir.

GECƏ YEMƏK VƏRDİŞİ OLANLAR…

Gecə yeməyi vərdişi haqqında xəbərdarlıq edən dietoloq Yunus Baş bildirib ki, sahurdan qalan yemək yemə vərdişinin davam etməsi Ramazan ayı sonrası kilo problemi yarada bilir. Yatma saatından 3-4 saat öncəsində yemək yeməyi dayandırmaq lazımdır.

SU İÇMƏYİ UNUTMAYIN

Oruca görə gün içərisidə su içmə vərdişinə fasilə verilsə də, bu vərdişi yenidən qazanmaq lazımdır. Baş bildirib ki, Ramazan ayında gün içində su içməmək Ramazan ayı sonrasında da su içməmizi unutdura bilər. Bunun üçün suyumuzu gözümüzlə görə biləcəyimiz yerlərə qoymaq və ya telefonumuza xatırladıcı mesajlar qoymaq faydalı ola bilər.

SİSTEMLİ YÜRÜŞLƏR EDİN

Həzm prosesini asanlaşdırmaq üçün sistemli olaraq yerimək və ya qaçmaq tövsiyyə olunur. Dietoloq Baş bildirib ki, Ramazan ayında acmamaq və susamamaq üçün sərin, qapalı məkanlarda hərəkətsiz qalmaq Ramazan ayı sonrasında da vərdiş halına gələrsə, bu, artıq çəki problemini də ortaya çıxaracaq. Yay aylarında səhər və ya axşam saatlarında orta tempdə yerişlər və ya sistemi idman hərəkətləri çəkiyə nəzarəti təmin edəcək.

SƏHƏR YEMƏYİNDƏ TƏRCİHLƏRƏ DİQQƏT

Səhər yeməyində karbohidrogen tərkibli qidalardan qaçmağın vacibliyinə toxunan dietoloq Y.Baş eyni zamanda bildirib ki, qidalanmanın vazkeçilməz hissəsi sağlam bir səhər yeməyidir: “Səhər yeməyində simit, peraşki və karbohidrogen tərkibli qidalar yerinə zeytun, pendir, yumurta kimi doyumluluq faizi yüksək olan məhsullar tərcih edilməlidir. Ramazan ayında uzun müddət ac qalmaq bir vərdişə çevrilərsə, ilk öynədə limitsiz yemək yemə və şirniyyat krizləri kimi problemlər də ortaya çıxacaq. Bu problemlərin qarşısını ala bilmək üçün öynə saatlarını sağlam və sistemli şəkildə tənzimləmək lazımdır”.