Rafael Fiziyev UFC-də Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazanıb-VİDEObackend

Rafael Fiziyev UFC-də Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazanıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

TİA.AZ-ın məlumatına görə, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra “İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm” söyləyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.

Döyüşdən sonra R.Fiziyev burnunun sındığı haqda paylaşım edib.

“Mənim burnum sındı. Lakin həkim yanına cibimdə 50 min dollarla gedəcəyəm”, – deyə döyüşçü bildirib.