Rafael Cəbrayılov da koronavirusa yoluxdu: – Vəziyyəti ağırdırbackend

Rafael Cəbrayılov da koronavirusa yoluxdu: – Vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub.

TİA.AZ  Yenicag.az-a istinadən xəbər verir ki, COVID-19-a yoluxan Rafael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb.

Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər.

Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.