Tribuna İnformasiya Agentliyi

Rafael Ağayev yenə “yapon səddi”nə ilişdi

13 Oktyabr

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa seriyasından olan son turniri başlayıb.

Oxu.Az xəbər verir ki, ilk gündə tatami üzərinə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), həmçinin Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova(55kq) çıxıb.

İlk gün millimiz üçün uğursuz olub. Belə ki, komandamızın altı idmançısı yarışı medalsız başa vurub. Xüsusən, beşqat dünya çempionumuz Rafael Ağayevin üçüncü görüşündə onu artıq iki dəfə yenmiş yaponiyalı Ken Nishimuraya 0:1 hesabı ilə uduzması diqqəti çəkib.

Bundan öncəki Berlin Premyer Liqa yarışında da “Brilyant oğlan”ın finalda “yapon səddi” ilə üzləşib uduzmasını da qeyd etməliyik.

Daha altı idmançımız bu gün mübarizəyə qoşulub.