Radiotezliklər üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri açıqlanıbbackend

Radiotezliklər üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiqlədiyi Radiotezliklər üzrə Dövlət Komissiyası 6 istiqamətdə fəaliyyət göstərəcək.

TİA.AZ xəbər verir ki, bunlar aşağıdakılardır:

– Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;

– Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;

– radiotezlik zolaqlarını ayırmaq;

– radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;

– müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;

– BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.