“RADİKAL DİNDARLAR MƏSCİDLƏRİ DAĞIDAN ERMƏNİSTANIN SƏFİRLİYİNƏ NİYƏ HÜCUM ETMƏYİB?!” – EKSPERTbackend

“RADİKAL DİNDARLAR MƏSCİDLƏRİ DAĞIDAN ERMƏNİSTANIN SƏFİRLİYİNƏ NİYƏ HÜCUM ETMƏYİB?!” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, bu hücum Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin bəzi qüvvələrin maraqlarına cavab verməməsi ilə bağlıdır”.
Bunu TİA. Az– a açıqlamasında politoloq Xəyal Bəşirli Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bizə qarşı bu addımın atılmasının heç bir əsası yoxdur:
“Çox təəssüflər olsun ki, Azərbaycana qarşı növbəti bir təxribatın şahidi olduq. Azərbaycan dünyəvi dövlətdir, burada nəinki İslam ümumiyyətlə, heç bir dinə qarşı təzyiqin, məhdudiyyətlərin tətbiq edilməsi real deyil. Əgər o qüvvələr həqiqətən də İslama xidmət edirlərsə, onda niyə otuz ilə yaxın bir müddətdə Azərbaycanın işğal altında olan ərazilərdə Ermənistan tərəfindən məscidlərə, qəbir daşlarına qarşı edilən təhqirlərə yol verən Ermənistan dövlətinin bayrağına və səfirliyinə qarşı bu addımı atmayıblar?

Atmayıblarsa, deməli, bu qüvvələrin həqiqi İslamla heç bir əlaqəsi yoxdur. İngiltərə polisi bu hadisənin hansı mərhələsində qarşısını ala bilərdi? Niyə almayıb? Hücum edənlərin fiziki olaraq saxlanılması və onlarla bağlı hüquqi məsuliyyətin tətbiqi ilə bağlı məsələlər bu gün İngiltərə polisinin nəzarəti altındadır. Hesab etmirəm ki, Bakı şəhərində hansısa dövlətin səfirliyinə, bayrağına qarşı bu kimi addımlar atıla bilərdi”.
Qeyd edək ki, Britaniya səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb. Səfirlikdən bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.

Aytac

TİA. Az